ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MEXANİKİ-KİMYƏVİ METODLA POLİETİLEN MATRİSİNDƏ METALTƏRKİBLİ NANOHİSSƏCİKLƏRİN ALINMASI VƏ ONLARIN XASSƏLƏRİNİN TƏDQİQİ
S.K.Rəhimova

Yüksək təzyiq polietileni  matrisində mexaniki-kimyəvi metodla üzvi həlledicilərdən istifadə  etmədən  yüksək  hərəkət deformasiyası  şəraitində üzvi turşu  duzlarının yüksək  sürətli termiki  parçalanması yolu ilə metaltərkibli  nanohissəciklər alınmışdır. Alınmış nanokompozitlərin faza  tərkibi  və  quruluşu  rentgen faza analizi, skanedici elektron mikroskopu, və termoqravimetrik analiz metodları ilə tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, polimer matrisdə metal  oksidi nanohissəcikləri əmələ gəlir ki, onlar da kompozitin stabilliyini artırmaqla onun termooksidləşmə destruksiyasının başlanğıc temperaturunu yüksəldir. Alınan nanokompozitlərin mikrofotoqrafiyaları sübut edir ki, yüksək parçalanma özlülüyünə  malik təbəqəli struktur  yaranır.

doi.org/10.32737/0005-2531-2020-2-20-25

 

Açar sözlər : metaltərkibli nanohissəciklər, yüksəktəzyiq polietileni, mexaniki-kimyəvi metod, rentgen faza, skanedici elektron mikroskop və termoqravimetrik analizlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2025
MÜNDƏRİCAT
- YAŞIL HİDROGEN – GƏLƏCƏYİN ENERJİ MƏNBƏYİDİRA.Ş.Əliyev, R.Q.Hüseynova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.B.Tağıyev
- YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALIA.Ə.Heydərov, G.İ.Alışanlı, A.B.MuradovaDavamı