Əmələ gələn hidrogenin selektiv oksidləşdirilməsi yolu ilə etilbenzoldan stirolun daha səmərəli alınma prosesinin yaradılması məqsədilə mislə modifikasiya olunmuş alümoxrom katalizatorları hazırlanmış və onların aktivliyi O2 (hava), CO2 və CO2: hava qarışığının iştirakıbda öyrənilmişdir. Məlum olmuşdur ki, sintez olunmuş alümoxrom katalizatorları üzərində etilbenzoldan stirolun alınması prosesi yüksək intensivliklə gedir. Mislə modifikasiya olunmuş və 15 küt.% К2СO3 ilə promotorlaşdırılmış alümoxrom katalizatorları CO2-nin iştirakında üzərlərində əmələ gələn sıxlaşma məhsullarının oksidləşdirici sıxlaşma məhsullarlna çevrilməsi hesabına etilbenzolun konversiyasını 14, stirola görə selektivliyi isə 10% yüksəldirlər. CO2:hava oksidləşdirici qarışığındakı oksigen etilbenzolun birbaşa dehidrogenləşməsindən əmələ gələn hidrogenin selektiv oksidləşdirilməsində CO2-yə mane olur. Məlum olmuşdur ki, tərkibində 1.5–2.5% modifikator (Cu) olan alümoxrom katalizatoru etilbenzolun stirola oksidləşdirici dehidrogenləşməsində daha yüksək selektivliyə malikdir
doi.org/10.32737/0005-2531-2021-2-69-79