OPTİKİ AKTİV XİRAL KRAUN EFİRİN AMİNLƏRİN ENENTİOMER AYRILMASINDA TƏTBİQİ
Rasemik qarışığın xromatoqrafik kolonkada ayrılması prosesində istifadə etmək üçün asimmetrik karbon atomuna malik xromatoqrafik metodla ayrılmış kraun efir sintez edilmişdir. Alınmış kraun efirin S-enantiomeri fenaminin L-alanin efiri rasematının fərdi diastereomerlərə ayrılması prosesində tətbiq edilmişdir. Xromatoqrafik ayrılma diastereomerlər və optiki seçici adsorbent arasında ²sahib–qonaq² prinsipi ilə müxtəlif davamlılığa malik komplekslərin yaranması hesabına baş verir. Ayrılmış diasteremerlər hidroliz olunaraq enantiomerlərə çevrilmişdir. Sintez olunmuş kraun efirin və ayrılmış enantiomerlərin quruluşu və optiki aktivliyi fiziki-kimyəvi üsullarla təyin edilmişdir
Açar sözlər : kraun efir, enantiomer, diastereomer, kolonkalı xromatoqrafiya, elyuent, xirallıq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI

MÜNDƏRİCAT
- KARBOHİDROGEN SUBSTRATLARINA KÖKLƏNMİŞ AKTİV MƏRKƏZLƏRİ OLAN KOBALT POLİMER KATALİZATORLARININ İŞTIRAKI İLƏ ETİLBENZOLUN MAYE FAZADA OKSİDLƏŞMƏSİ REAKSİYASININ KİNETİKA VƏ MEXANİZMİNİN TƏDQİQİ- TSİKLOHEKSANOLUN AMİNOMETOKSİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ İNHİBİTOR-BAKTERİSİD XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİDavamı