İZOTAKTİK POLİPROPİLEN VƏ YÜKSƏK TƏZYİQLİ POLİETİLEN ƏSASINDA MİSTƏRKİBLİ NANOKOMPOZİTLƏR
Mexaniki-kimyəvi üsulla alınmış polietilen matrisində stabilləşdirilmiş mis oksid nanohissəcikləri (NH) saxlayan nanodoldurucuların (ND) izotaktik polipropilen(PP) və yüksək təzyiqli polietilen (PE) əsasında nanokompozitlərin xassələrinə təsiri rentgenfaza (RFA) və termoqravimetrik analiz (TQA) metodları ilə tədqiq olunmuşdur. Alınan nanokompozitlərin möhkəmlik, deformasiya və reoloji xassələrinin, həmçinin termooksidləşmə stabilliyinin yaxşılaşması müəyyən edilmişdir. Görünür, bu da yüksək təzyiq polietilenindəki mistərkibli nanohissəciklərin PP/PE kompozitin komponentləri ilə qarşılıqlı təsirinin sinergetik effekti ilə əlaqədardır
Açar sözlər : izotaktik polipropilen, yüksək təzyiqli polietilen, mis oksid nanohissəcikləri, termiki xassələr, RFA, TQA analizi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2026MÜNDƏRİCAT
- DEA HƏLLEDİCİSİ VASİTƏSİLƏ TƏBİİ QAZIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ H2S-IN KƏNARLAŞDIRILMASININ OPTİMALLAŞDIRILMASI: ASPEN HYSYS–RSM TƏDQİQATI- AMİN TURŞUSU VƏ SİNTETİK MOLİBDAT (MoO₄²⁻) XELATLARI VƏ MÜXTƏLİF TEMPERATURLARDA *AZOTOBACTER* BAKTERİYALARI ÜÇÜN ONLARIN BİOƏLÇATANLIĞIDavamı








.png)