ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
(2Bi2O3∙B2O3)100-x(2Bi2O3∙3GeO2)x TƏRKİBLİ ƏRİNTİLƏRİN İSTİLİK FİZİKİ XASSƏLƏRİ (x=0; 10; 50)
S.İ.Bənənyarlı, Ş.S.İsmayılov, R.N.Qasımova, L.Ə.Xəlilova

Bu məqalədə (2Bi2O3∙B2O3)100-x(2Bi2O3∙3GeO2)x tərkibli ərintilərinin fiziki-kimyəvi xassələri: istilikkeçiriciliyin, istilik müqavimətinin, istilik tutumunun 300÷650K  intervalında temperatur asılılığı öyrənilmişdir. 500K temperaturdan yuxarıda istilikkeçiriciliyin χ(T) artması ərintilərin yumşalması və yayğın faza keçidlərinin mövcudluğu ilə bağlıdır,hansı ki,  kimyəvi  rabitələrin qismən qırılması ilə müşayət olunur. Müəyyən edilmişdir ki, (2Bi2O3∙B2O3)100-x(2Bi2O3∙3GeO2)x tərkibli ərintilərin istilik tutumu GeO2-nin qatılığınin artması ilə mütənasib artır. Tədqiq olunan nümunələrdə, bərkimə zamanı ortaya çıxan özünəməxsus nizamsızlıq, öyrənilən tərkiblərdə fonon-fonon qarşılıqlı təsirinin anqarmonizminin artması hesabına istilikkeçiriciliyini güclü azaldır. Öz növbəsində defektlərin yaratdığı cüzi ²nizamsızlıq² oksid maddələrə xas olan kütlə fərqləri nəticəsində əmələ gələn böyük “nizamsızlığın” fonunda nəzərə çarpmır

doi.org/10.32737/0005-2531-2021-3-44-48 

Açar sözlər : istilikkeçirmə, istilik müqaviməti, istilik tutumu, fononlar, germanium oksid, ərinti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı