ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
İZOTAKTİK POLİPROPİLEN VƏ BUTADİEN-NİTRİL KAUÇUKU ƏSASINDA MİSTƏRKİBLİ NANOKOMPOZİTLƏR
T.M.Quliyeva

Mexaniki-kimyəvi üsulla alınan, maleinləşdirilmiş yüksək təzyiq polietileni matrisində stabilləşdirilmiş mis oksid nanohissəcikləri saxlayan nanodoldurucu əlavənin izotaktik polipropilen və butadien nitril kauçuku əsaslı metaltərkibli nanokompozitlərin quruluş və  xassələrinə təsiri rentgenfaza, diferensial-termiki analiz metodları vasitəsilə tədqiq olunmuşdur. Alınan nanokompozitlərin möhkəmlik, deformasiya  və reoloji xassələrinin, həmçinin termooksidləşmə stabilliyinin yaxşılaşması müəyyən edilmişdir. Görünür, bu da  maleinləşdirilmiş yüksək təzyiq polietilenindəki malein qrupları ilə mistərkibli nanohissəciklərin qarşılıqlı təsirinin sinergetik effekti ilə əlaqədardır. Göstərilmişdir ki, izotaktik polipropilen və butadien nitril kauçuku əsaslı nanokompozitlər həm presləmə, həm də təzyiq altında tökmə və ekstruziya metodları ilə emal oluna bilər. Bu da onun tətbiq  sahələrini genişləndirir

doi.org/10.32737/0005-2531-2021-3-38-43 

Açar sözlər : izotaktik polipropilen, butadien nitril kauçuku, mistərkibli nanokompozitlər, mis oksid nanohissəcikləri, maleinləşdirilmiş yüksək təzyiq polietileni, termiki xassələr, RFA, SEM analizləri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı