ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
LİTİUM TİTANATLARIN ƏMƏLƏGƏLMƏ TERMODİNAMİKİ FUNKSİYALARI
Ü.N.Şərifova

 

Elektrik hərəkət qüvvəsi üsulu ilə Pt│Li2O│ZrO2+10 % kütlə payı Y2O3, litium. şüşə│(Li2O)x(TiO2)1-x│Pt  elementlərinin  Т=1000–1200 К temperatur intervalında  və 0.35÷0.95 mol payı TiO2 qatılıq intervalında ölçülməsi ilə Li4TiO4, Li2TiO3, Li4Ti5O12 birləşmələrinin və   Li2TiO3 birləşməsi əsasında əmələ gələn Li1.92Ti1.04O3.04, Li2.12Ti0.94O2.92 fazalarının termodinamiki parametrləri təyin edilmişdir. Li2TiO3 birləşməsi müstəsna olmaqla litium titanatların əmələgəlmə termodinamiki funksiyaları ilk dəfə olaraq təyin edilir. 1000–1200 K intervalında təyin edilmiş qiymətlər  298 К temperaturuna ekstrapolyasiya olunmuşdur. Litium titanatların həm bəsit maddələrdən, həm də  Li2O və TiO2 birləşmələrindən əmələgəlmə termodinamiki funksiyaları təyin edilmişdir. Litium titanatların əmələgəlmə sərbəst enerjisi, entalpiyası və standart entropiyası üçün bu kəmiyyətlər alınmışdır: (Li4TiO4)=–2149 kC∙mol-1, (Li2TiO3)=–1565, (Li4Ti5O12)=–5923, (Li4TiO4)=–2286 kC∙mol-1, (Li2TiO3)=–1662, (Li4Ti5O12)= –6287, (Li4TiO4)= 119.1 J∙mol-1∙К-1, (Li2TiO3)=84, (Li4Ti5O12) = 315.7

doi.org/10.32737/0005-2531-2021-4-60-66

Açar sözlər : litium titanatları, EHQ üsulu, sərbəst enerji, entalpiya, entropiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı