ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Cu–Pb–S SİSTEMİNDƏ KRİSTALLAŞMA SƏTHİNİN, BUXAR TƏZYIQI VƏ MAYE FAZADA TƏBƏQƏLƏŞMƏNİN SƏRHƏDLƏRININ TƏYIN EDILMƏSI VƏ MODELLƏŞDIRILMƏSI
N.B.Babanlı, M.V.Bulanova, A.N.Mustafayeva, A.N.Məmmədov

 

İlk dəfə membran sıfır manometrdən istifadə edərək Cu–Pb–S üçlü sistemindəki PbS-in likvidus səth üzərində S2 molekullarının buxar təzyiqi 1100÷1400 K və 0÷760 mm Hg aralığında təyin olunmuşdur. Termodinamik hesablamalar əsasında Cu–S, Pb–S və Cu–Pb–S sistemlərində maye ərintilərin təbəqələçmənin hüdudları müəyyənləşdirilmiş və analitik üsulla ifadə olunmuşdur. Tərkibi kükürdlə zəngin olan maye ərintilərinin homogenliyinin böhran temperatur və təzyiqləri yüksək qiymətlərlə xarakterizə olunur: T(böhran)=1520÷1880 K; P(böhran)=170÷510 atm. Elektron keçiriciliyi olan (p tipli PbS) və deşik keçiriciliyi olan (n tipli PbS) qurğuşun sulfidin kristallaşma səthləri, həmçinin qurğuşun sulfidin kristallaşma səthinin üzərində kükürdün buxarı təzyiqinin qiymətləri hesablanmış və analitik şəkildə təsvir edilmişdir. 3D modelləşdirmənin analitik ifadələri OriginLab kompüter proqramı vasitəsi ilə görüntülənmişdir

doi.org/10.32737/0005-2531-2021-4-35-42

Açar sözlər : Cu–Pb–S sistemi, kükürdün buxarı təzyiqi, təbəqələşmənin hüdudları, 3D analitik modelləşdirmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı