ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KVATERNİZƏ OLUNMUŞ N,N-DİETİL N-METİL XİTOZAN HİDROGELİNƏ LEVOTİROKSİNİN İMMOBİLİZƏ OLUNMASI VƏ QARŞILIQLI ƏLAQƏNİN KİMYƏVİ TƏBİƏTİ
S.F.Səfərəliyeva, A.F.Hümmətov, Ş.Z.Tapdıqov, S.S.Fətullayeva, M. Raucci, D.B.Tağıyev, N.A.Zeynalov

Tiroid hormon əvəzedicisi olan levotiroksinin gündəlik tələb olunan dozasının yan təsirlərini azaltmaq məqsədi ilə xitozan əsaslı ağıllı hidrogel strukturuna immobilizasiyası həyata keçirilmişdir. Hidrogel xitozanın asetat aldehidi ilə Şiff reaksiyası və sonuncunun metil yodidlə kvaternizə və NaCl duzu ilə ion mübadilə reaksiyasından alınmışdır. Sonda xitozan əsaslı duzun -20 °C-də işlənilməsindən hidrogel alınmışdır. Hidrogelə fiziki sorbsiya üsulu ilə immobilizə olunmuş levotiroksinin miqdarı molekulyar elektron spektroskopiya üsulu ilə 227 nm-dəki xarakterik udma pikinə görə təyin edilmişdir. İQ və UV-Vis spektroskopik analiz üsullarının nəticələri ilə müəyyən olunmuşdur ki, levotiroksin ilə hidrogel arasındakı əlaqə əsasən hidrogen rabitəsi və molekullararası qarşılıqlı təsirin  oriyentasiya qüvvələri hesabına baş verir

doi.org/10.32737/0005-2531-2022-1-6-12

Açar sözlər : xitozan, kvaternizə, hidrogel,levotiroksin,immobilizə, qarşılıqlı əlaqənin kimyəvi təbiəti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2022
MÜNDƏRİCAT
- KVATERNİZƏ OLUNMUŞ N,N-DİETİL N-METİL XİTOZAN HİDROGELİNƏ LEVOTİROKSİNİN İMMOBİLİZƏ OLUNMASI VƏ QARŞILIQLI ƏLAQƏNİN KİMYƏVİ TƏBİƏTİS.F.Səfərəliyeva, A.F.Hümmətov, Ş.Z.Tapdıqov, S.S.Fətullayeva, M. Raucci, D.B.Tağıyev, N.A.Zeynalov
- MÜXTƏLİF METAL KATİONLARI İLƏ MODİFİKASİYA OLUNMUŞ SEOLİTLƏR ÜZƏRİNDƏ AŞAĞI OLEFİNLƏRİN VƏ PARAFİNLƏRİN KATALİTİK OKSİDLƏŞDİRİCİ ÇEVRİLMƏLƏRİA.M.Əliyev, F.V.Əliyev, A.R.Səfərov, M.Y.Abbasov, T.İ.Quseynova, R.A.Əhmədov, R.Y.AğayevaDavamı