ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KVATERNİZƏ OLUNMUŞ N,N-DİETİL N-METİL XİTOZAN HİDROGELİNƏ LEVOTİROKSİNİN İMMOBİLİZƏ OLUNMASI VƏ QARŞILIQLI ƏLAQƏNİN KİMYƏVİ TƏBİƏTİ
S.F.Səfərəliyeva, A.F.Hümmətov, Ş.Z.Tapdıqov, S.S.Fətullayeva, M. Raucci, D.B.Tağıyev, N.A.Zeynalov

Tiroid hormon əvəzedicisi olan levotiroksinin gündəlik tələb olunan dozasının yan təsirlərini azaltmaq məqsədi ilə xitozan əsaslı ağıllı hidrogel strukturuna immobilizasiyası həyata keçirilmişdir. Hidrogel xitozanın asetat aldehidi ilə Şiff reaksiyası və sonuncunun metil yodidlə kvaternizə və NaCl duzu ilə ion mübadilə reaksiyasından alınmışdır. Sonda xitozan əsaslı duzun -20 °C-də işlənilməsindən hidrogel alınmışdır. Hidrogelə fiziki sorbsiya üsulu ilə immobilizə olunmuş levotiroksinin miqdarı molekulyar elektron spektroskopiya üsulu ilə 227 nm-dəki xarakterik udma pikinə görə təyin edilmişdir. İQ və UV-Vis spektroskopik analiz üsullarının nəticələri ilə müəyyən olunmuşdur ki, levotiroksin ilə hidrogel arasındakı əlaqə əsasən hidrogen rabitəsi və molekullararası qarşılıqlı təsirin  oriyentasiya qüvvələri hesabına baş verir

doi.org/10.32737/0005-2531-2022-1-6-12

Açar sözlər : xitozan, kvaternizə, hidrogel,levotiroksin,immobilizə, qarşılıqlı əlaqənin kimyəvi təbiəti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı