ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PbTe–Bi2Te3 KVAZİBİNAR SİSTEMİNİN TƏKRAR EKSPERİMENTAL TƏDQİQİ
İ.M.Qocayeva, V.İ.Babanlı, A.İ.Ağazadə, E.N.Oruclu

Differensial termiki və rentgenfaza (RFA)  analizləri ilə PbTe–Bi2Te3 kvazibinar sistemi tədqiq edilmişdir, sistemin dəqiqləşdirilmiş yeni faza diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, sistemdə tetradimitəbənzər laylı quruluşlu üç birləşmə – PbBi2Te4, PbBi4Te7 və PbBi6Te10  əmələ gəlir və onların hər biri peritektik reaksiya üzrə parçalanmaqla əriyir. Bir sıra işlərdə göstərilən Pb3Bi4Te9, Pb2Bi6Te11 və PbBi8Te13 birləşmələrin mövcudluğu bizim RFA nəticələrinə əsasən öz təsdiqini tapmamışdır. Sistemdə əmələ gələn üçlü birləşmələr və həmçinin ilkin PbTe və Bi2Te3 binar birləşmələr əsasında homogenlik sahələri aşkar edilmişdir. Üçlü birləşmələrin kristal quruluşları Rietveld üsulu ilə təyin edilmişdir. Qurulmuş yeni faza diaqramı sistemdə əmələgələn fazaların polikristal və monokristal nümunələrin sintezi zamanı uyğun sintez şəraitinin seçilməsi üçün böyük əhəmiyyət kəsb edir

doi.org/10.32737/0005-2531-2022-2-47-53

Açar sözlər : Qurğuşun-bismut telluridləri, tetradimitəbənzər laylı quruluş, faza diaqramı, üçlü birləşmə, topoloji izolyator
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı