ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BİRBAŞAQOVULMA BENZİNİN KATALİTİK İZOMERLƏŞMƏ-DİSPROPORSİALAŞMA PROSESİNİN MEXANİZMİ
A.Ə.İskəndərova

Hidrogenin atmosfer təzyiqində Co/HZSM/SO42--ZrO2 (SZ) коmpozit katalitik sisteminin iştirakı ilə birbaşaqovulma benzinin izomerləşmə-disproporsialaşma çevrilməsi tədqiq edilmişdir. Optimal proses şəraiti (1800С; Н2/СН=3; h.s.=2,5 s-1) yara­dılmışdır ki, bu şəraitdə C8+ karbohidro-genlərinin çevrilməsi 77,3% təşkil edir və yüksək oktanlı benzin komponentləri C56 alkanlarının cıxımı 11%-dən 61%-ə qədər artır. Reaksiya məhsulları C4-, C5-C6 məhsullarının və H2O-nun bu prosesə təsiri öyrənilmişdir. Göstərilmişdir ki, əsas C5-C6 məhsullarından fərqli olaraq  əlavə C4- məhsulları prosesin dayanıqlığına təsir edir, katalizator isə suyun təsiri ilə deaktiv olur. Birbaşaqovulma benzin və etanol qarışığının çevrilməsinin müqayisəli tədqiqatları göstərdi ki, alınan H2O buxarı SZ-də yerləşən mərkəzləri deaktiv edir. Müəyyən edilmişdir ki, kompozit katalitik sistemin iştirakı ilə birbaşaqovulma benzinin izomerləşmə-disproporsialaşma çevrilməsi mexanizmi SZ-də olan red-oks mərkəzlərinin, Co/HZSM-5-in turşu-qələvi mərkəzləri ilə konyuqasiya olunmuş qarşılıqlı təsiri yolu ilə həyata keçirilir, müvafiq olaraq aralıq birləşmələrin [С4-+C7] əmələ gəlməsinə və onların hidroparçalanmasına  səbəb olur

doi.org/10.32737/0005-2531-2022-2-28-33

Açar sözlər : birbaşaqovulma benzin, kompozit katalizator, katalitik sistem, konversiya,intermediat, izomerləşmə-disprosialaşma cevrilmə
Məqaləyə baxın