ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TSİKLOHEKSANOLUN AMİNOMETOKSİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ İNHİBİTOR-BAKTERİSİD XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİ
S.V.İsmayılova, E.H.Məmmədbəyli, K.A.Koçetkov, G.Ə.Hacıyeva, L.M.Məhərrəmova, D.B.Ağamalıyeva

Tsikloheksanol, tsiklik aminlər (piperidin, morfolin, heksametilenimin) və formaldehid əsasında yeni Mannix əsasları sintez olunmuşdur. Reaksiya 78–800С  temperaturda 4–5 saat müddətində, ilkin maddələrin ekvimolyar nisbətində benzol məhlulunda aparılmışdır. Birləşmələrin çıxımı 69–75%-dir. Sintez olunmuş birləşmələrin fiziki-kimyəvi göstə­riciləri təyin edilmişdir. Məqsədli məhsulların tərkib və quruluşu element analizi, İQ, 1Н və 13С NMR spektroskopiya, eləcə də kütlə spektrometriya üsulları ilə təsdiqlənmişdir. Onların üç qatılıqda (25; 50; 100 mq/l) "Desulfovibrio desulfuricans" tipli sulfatreduksiyaedici bakteriyaların həyat fəaliyyətinə təsiri yoxlanılmışdır. Alınmış birləşmələr yüksək bakterisid xassə göstərmişdir, bu birləşmələrin izopropil spirtində 1%-li məhlulları 100 mq/l qatılıqda 100% bakterisid təsir göstərmişdilər. Morfolin fraqmentli birləşmənin 1%-li məhlulu artıq 50 mq/l qatılıqda 100% bakterisid təsir göstərir. Piperidin və heksametilenimin fraqmenti saxlayan birləşmələr50 mq/l qatılıqda müvafiq olaraq 96.2 və 98% bakterisid təsir göstərmişdir. 25 mq/l qatılıqda isə hər üç birləşmənin bakterisid təsiri müvafiq olaraq 16.4%, 36.4% və 58.2% təşkil etmişdir. Alınmış nəticələr göstərir ki, sintez edilmiş birləşmələr sənayedə istifadə olunan standart olaraq qəbul edilən АМДОР ИК-7 və АМДОР ИК-10 bakterisid inhibitorları ilə müqayisədə daha çox bakterisid xüsusiyyətlər göstərmişdir. Tsikloheksanolun aminometoksi törəmələrinin çox aşağı qatılıqlarda bakteriyalara təsirini nəzərə alaraq, onlar sulfatreduksiyaedici bakteriyalara qarşı effektli inhibitor kimi təklif edilə bilər

doi.org/10.32737/0005-2531-2022-2-11-17

Açar sözlər : tsikloheksanol, ikili aminlər, Mannix əsasları, sulfatreduksiyaedici bakteriyalar, inhibitor-bakterisidlik, biokorroziya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2022
MÜNDƏRİCAT
- KARBOHİDROGEN SUBSTRATLARINA KÖKLƏNMİŞ AKTİV MƏRKƏZLƏRİ OLAN KOBALT POLİMER KATALİZATORLARININ İŞTIRAKI İLƏ ETİLBENZOLUN MAYE FAZADA OKSİDLƏŞMƏSİ REAKSİYASININ KİNETİKA VƏ MEXANİZMİNİN TƏDQİQİR.H.Süleymanova, N.A.Zeynalov, L.N.Qulubəyova, A.R.Quliyeva, K.C.Həsənova
- TSİKLOHEKSANOLUN AMİNOMETOKSİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ İNHİBİTOR-BAKTERİSİD XASSƏLƏRİNİN ÖYRƏNİLMƏSİS.V.İsmayılova, E.H.Məmmədbəyli, K.A.Koçetkov, G.Ə.Hacıyeva, L.M.Məhərrəmova, D.B.AğamalıyevaDavamı