ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BENZOLUN HİDROGENLƏŞMƏ REAKSİYASINDA METALPOLİMER KATALİZATORLARI
R.H.Süleymanova, N.A.Zeynalov, L.N.Qulubəyova, A.R.Quliyeva, Ü.Ə.Məmmədova, E.H.Babayev

Benzolun hidrogenləşmə reaksiyasında metalpolimer katalizatorları öyrənilmişdir. Keçid metallarından olan nikelin, palladiumun duzları, həmçinin  H2PtCl6·6H2O polimer sorbentlərə oturdulmuşdur. Polimer daşıyıcı kimi polieti­lenpoliamin (PEPA), poli-2-metil-5-vinilpiridin, stirolun malein anhidridi ilə sopolimeri, poli-4-vinilpiridin ğötürülüb. Bundan başqa benzolun hidrogenləşmə reaksiyasının  məhsullarına köklənmiş, tikici agent olan N,N-metilen­bisakrilamid ilə tikilmiş bir sıra polimer komplekslər sintez olunmuşdur. Hidrogenləşmə reaksiyasının temperaturu 20– 600С-də tənzimlənmişdir. Hidrogenləşmə prosesi avtoklavda aparılıb. Müəyyən edilmişdir ki, Pt-poli-4-vinilpiridin əsasında olan komplekslərin  iştirakında benzolun natamam hidrogenləşmə məhsulu olan tsikloheksenin  çıxımının artması müşahidə olunur. Həmçinin benzol və tsikloheksenə köklənmiş Pt-2-metil-5-vinilpiridin əsasında  alınan komplekslər  yüksək katalitik aktivliyə malikdir

doi.org/10.32737/0005-2531-2022-3-93-98

Açar sözlər : benzol, hidrogenləşmə, metalpolimer komplekslər, polivinilpiridinlər, tikilmə, köklənmə, tsikloheksan
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı