ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
AROMATİK DİAMİNLƏR ƏSASINDA POLİMERLƏRİN XÜSUSİYYƏTLƏRİ
Ə.Ə. Məcidov, S.Z. İsmayılova, G.M. Ganzayeva, S.A. Ağayeva, S.N. Qasımova

Bu icmalda fenilendiaminlər əsasında sintez edilən keçirici polimerlərin sintezi, quruluşu, xassələri, tədqiqat  metodları və tətbiq sahələri haqqında ətraflı məlumat verilir. Fenilendiaminlər əsasında sintez edilən keçirici polimerlər yüksək konyuqasiyalı polimerlərin kation duzlarıdır, elektrokimyəvi və ya kimyəvi oksidləşmə yolu ilə sintez olunurlar. Kimyəvi oksidləşdirici polimerləşmə yolu ilə müxtəlif funksional polimerlər sintez olmuşdur. Reaksiya şəraitindən asılı olaraq polifenilendiaminlər tozlar, kolloid dispersiyalar, nazik təbəqələr və ya kompozitlər şəklində sintez olunur. Polianilin kimi, bu polimerlər də duz-turşu keçidi nümayiş etdirirlər və redoks-aktivdirlər. Onlar nəcib metal birləşmələrinin müvafiq metallara reduksiyaediciləri kimi çıxış edirlər. Elektrik keçiriciliyinə və redoks aktivliyinə, eləcə də elektrik keçiriciliyinin protonlaşma dərəcəsindən asılılığına görə polifenilendiaminlər əsasında müxtəlif sensorlar yaratmaq mümkündür. Bundan əlavə, polifenilendiaminlər kompozit materialların tərkib hissələrindən biri kimi, məsələn, antikorroziya örtüklərində istifadə edilə bilər. Ümumiyyətlə, polifenilendiaminlərin bəzi əsas tətbiq sahələrini  qruplaşdırmaq olar. Ədəbiyyat məlumatlarında onların bir sıra tətbiq sahələri göstərilmişdir; bunlara metalların korroziyadan qorunması, kataliz, elektroreologiya, sensorlar, enerjiyə çevrilmə cihazları, elektroxromizm, nəcib metalların bərpası və suyun təmizlənməsi daxildir. Eyni zamanda, fenilendiaminlərin polimerləri potensial toksikliyə malik olan anilin və onun oliqomerlərindən fərqli olaraq tibbdə istifadə oluna bilər

doi.org/10.32737/0005-2531-2022-3-21-44

Açar sözlər : poli(o-fenilendiamin), poli(m-fenilendiamin), poli(p-fenilendiamin), fenilendiamin, keçirici polimerlər, redoks aktiv polimerlər, elektrik keçiriciliyi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı