ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
POLİMER KOMPOZİTLƏRİN İNKİŞAFI, TƏTBİQİ VƏ YENİLİKLƏRİ HAQQINDA
G.Ş.Qasımova, L.X.Qasımzadə, R.N.Lələyeva, L.X.Xamədova, F.A.Ağayeva, R.V.Əsədov, A.L.Tağıyeva

Polimer kompozisiyalarının möhkəmliyi, istilik və digər mühüm xüsusiyyətlərinin böyük ölçüdə asılı olduğu mühüm göstəricilərdən biri , istifadə olunan polimerin doldurucularla uyğunluğudur. Doldurucu kimi müxtəlif quruluş əmələ gətirənlərdən, modifikatorlardan, mineral əlavələr və s.istifadə olunur. Bu tədqiqat işində polimer kompozitlərin kimyəvi və fiziki-mexaniki parametrlərini yaxşılaşdırmaq üçün müxtəlif təyinatlı  modifikatorlardan istifadə olunur. Məqalədə polimer kompozit materialların inkişafı və emalı haqqında məlumat verilir. Texnikanın müxtəlif sahələrində kompozit materialların alınması və istifadəsinin mümkünlüyü göstərilir. Bundan əlavə, polimer kompozit materialları haqqında geniş anlayışı təmin edən tədqiqatların icmalı da toplanmışdır. Göstərilmişdir ki, polimer kompozit materialların istifadəsi müasir istehsalda əhəmiyyətli irəliləyişlərə səbəb ola bilər. Məqalədə müxtəlif xüsusiyyətlərə malik üzvi və qeyri-üzvi doldurucular haqqında da məlumat verilir. Yeni dövrün nanokompozitləri ilə aparılan tədqiqatlar  innovativ nəticələr göstərir. Bütün bunlar polimer kompozit materialların istehsalında və istismarında Azərbaycanın zəngin mineral ehtiyatlarından istifadə etməyə imkan verir

doi.org/10.32737/0005-2531-2023-2-186-200

Açar sözlər : polimer, kompozisiya materialı, doldurucu, modifikasiya
Məqaləyə baxın