ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KOBALTLI FİLİZLƏRİN YUYULMUŞ MƏHLULLARINDAN MAYE EKSTRAKSİYA YOLU İLƏ KOBALTIN ALINMASI
N.V.Yusifova, A.M.Paşacanov, N.İ.İsmayılov, T.M.Ismayılov

Məqalədə toluol və heksanda tributilamin qarışığı ilə yuyulma məhlullarından kobaltın çıxarılmasının tədqiqi zamanı əldə edilmiş eksperimental məlumatlar təqdim olunur. Kobaltın ekstraksiya dərəcəsinin və paylanma əmsallarının sulu fazanın pH-dan asılılıqları alınmışdır. Göstərilmişdir ki, kobalt TBA ilə toluolda pH 3-5  diapazonunda maksimum 5-10 dəqiqə ərzində ekstraksiya edilir,  bu zaman kobaltın çıxımı 98% çatır. Kobaltın üzvi ekstragentlərlə  çıxarılması üsulu əlvan metallurgiyada tətbiq oluna bilər. Kobaltın aminlərlə çıxarılması ətraflı şəkildə öyrənilmişdir

doi.org/10.32737/0005-2531-2023-2-178-185

 

Açar sözlər : ekstraksiya, toluol, heksan, paylanma əmsalı, çıxarılması dərəcəsi, tributilamin
Məqaləyə baxın