ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Ag8SiS6–Ag8SiTe6 SİSTEMİNDƏ FAZA TARAZLIQLARI VƏ BƏRK MƏHLULLARIN XARAKTERİZƏ EDİLMƏSİ
A.C.Əmiraslanova, K.N.Babanlı, S.Z.İmaməliyeva, İ.C.Əlverdiyev, Y.Ə.Yusibov

Argirodit ailəsi birləşmələri və onlar əsasında fazalar termoelektrik, fotoelektrik, optik və digər xassələrə malik qiymətli ekoloji təhlükəsiz funksional materiallardır. Onlar həmçinin Cu+ və Ag+ kationlarına görə ion keçiriciliyinə malikdirlər və elektrokimyəvi sensorlar, elektrodlar, elektrokimyəvi enerji çevirici cihazlarda  elektrolit materialları və s. kimi istifadə oluna bilərlər. Bu işdə Ag8SiS6–Ag8SiTe6 sistemində faza tarazlıqları differensial termiki analizi və rentgen faza analizi üsulları ilə tədqiq edilmiş və sistemin T-x faza diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, sistem kvazibinardır və Ag8SiTe6 və HT- Ag8SiS6 birləşmələri arasında qeyri-məhdud əvəzolunma bərk məhlulların əmələ gəlməsi ilə xarakterizə olunur. Bərk məhlulların əmələ gəlməsi ilə Ag8SiS6 birləşməsinin polimorf keçid temperaturu azalır. Bu, ³30 mol.% Ag8SiTe6 tərkibli ion keçirici kubik fazanın otaq temperaturunda və daha aşağıda stabilləşməsinə gətirib çıxarır. RT- Ag8SiS6 əsasında homogenlik sahəsi 10 mol.% təşkil edir. Toz difraktoqramları əsasında bərk məhlulların kristal qəfəs parametrləri hesablanmış və onların tərkibdən xətti asılı olması  göstərilmişdir

doi.org/10.32737/0005-2531-2023-2-169-177

 

Açar sözlər : gümüş-silisium sulfid, gümüş-silisium tellurid, faza tarazlıqları, bərk məhlullar, polimorf çevrilmə
Məqaləyə baxın