ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PİROMELLİT TURŞUSU İLƏ NİKELİN KOMPLEKS BİRLƏŞMƏSİ ƏSASINDA SUPRAMOLEKULYAR NANOQURULUŞLU KOORDİNASİON POLYMER
M.K.Munşiyeva, F.B.Əliyeva, S.R.Məmmədova, P.S. Səfərova., M.M. Həsənova, B.T.Usubəliyev

İkinüvəli  məsaməli quruluşlu {[Ni2C6H2(COO)4(H2O)4]·H2O2,5}n supramolekulyar birləşmə sintez edilmişdir. Element, rentgen, İQ-spektroskopik və differensial termiki analizlərin nəticələrinə əsasən kompleksin kimyəvi formulu və quruluşu müəyyən edilmişdir. Difraksiya əyrilərinin identifikasiya edilməsi ilə elementar qəfəs parametrləri təyin edilmiş və bu seriyadan olan tədqiq edilmiş bütün kompleks birləşmələr üçün bünövrə təşkil edən kompleks polimerin ikiölçülü polimer təbəqəsinin  sxematik quruluşu verilmişdir. Kompleksdə  təbəqələr bir-biri ilə birləşir və hidrogen rabitəsinin istiqamətindən asılı olaraq bir-birinə nisbətən yer dəyişdirir  və bu da elementar qəfəsin parametrlərinin dəyişməsinə gətirib çıxarır. Beləliklə, iki ölçülü polimer 2D təbəqələri 3D supramolekulyar quruluşa çevrilir

doi.org/10.32737/0005-2531-2023-2-163-168

Açar sözlər : kompleks birləşmə, kompleks polimer, hidrogen rabitəsi, 2D-quruluş, 3D-quruluş, İQ-spektri, termal parçalanma, supramolekul
Məqaləyə baxın