ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QƏLƏVİNİN ELEKTRODİALİZ METODU İLƏ ALÜMİNAT MƏHLULUNDAN ALINMASI
A.Ə.Heydərov, G.İ.Alışanlı, S.A.Quliyev, D.T.Mehmet

Tədqiqat işində alunit filizinin emalı zamanı alınan alunit şlamının və alüminium hidroksidin yuma məhlullarının elektrodializi aparılmışdır. Elektrodializ prosesindən turşu və qələvi alınması, alınan qələvi və turşunun qatılaşması şəraiti tədqiq edilmişdir. Təcrübələrdə PCCell 64004 elektrodializ qurğusu və bipolyar, anion, kation dəyişdirici membranlardan istifadə edilmiş və membranlarda baş verən proseslər araşdırılmışdır. Tədqiqatlar  onu göstərir ki, natrium sulfat məhlulunun elektrodializi zamanı ilkin təcrübələrdə 3–4%-li natrium hidroksid məhlulu almaq mümkündürsə, qələvinin qatılaşdırılması təcrübələrində qələvinin qatılığını 5%-ə kimi artırmaq olur. Təcrübələrin optimal şəraiti olaraq axın sürəti 1 ml/san, cərəyan şiddəti – 3–4 A, gərginlik – 4–5 V qəbul edilmişdir. Məhsulların qatılığına təsir edən amillərin tədqiqi zamanı müəyyənləşdirilmişdir ki, axın sürəti prosesə təsir edən əsas faktor olub, axın sürətinin azaldılması qələvi və turşunun qatılığının artmasına səbəb olur. Natrium sulfat məhlulunun elektroliz kameralarında qalma müddəti nə qədər çoxdursa alınan qələvinin də qatılığı çox olur. Bununla yanaşı cərəyan şiddətinin və gərginliyin artırılması məhsulların qatılığının artmasına nail olmağa imkan versə də, cərəyanın gücünün artması membranların keyfiyyətinə mənfi təsir etdiyindən bu parametrlərin artımı əlverişli hesab olunmur

doi.org/10.32737/0005-2531-2023-2-154-162

Açar sözlər : natrium sulfat, elektrodializ, bipolyar membran, qələvi, turşu, alunit
Məqaləyə baxın