ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
OKSİDLƏŞMİŞ MAYE KAUÇUK VƏ TƏBİİ NEFT TURŞUSUNUN DUZLARI ƏSASINDA ALINMIŞ KONSERVASİYA MAYELƏRİNİN TƏDQİQİ
V.M.Abbasov, Y.J.Ağazadə, S.E.Abdullayev, E.K.Həsənov, G.M.Quliyeva

OKSİDLƏŞMİŞ MAYE KAUÇUK VƏ TƏBİİ NEFT TURŞUSUNUN DUZLARI

ƏSASINDA ALINMIŞ KONSERVASİYA MAYELƏRİNİN TƏDQİQİ

V.M.Abbasov, Y.J.Ağazadə, S.E.Abdullayev, E.K.Həsənov, G.M.Quliyeva

Oksidləşmiş maye kauçuk, təbii neft turşularının (TNT) 310-3600C temperaturda qaynayan fraksiyasının Ni, Co, Zn, Mg və Ba duzları və C14H28 α-olefinləri əsasında alınmış nitrobirləşmələrin iştirakı ilə T-30 turbin yağında müxtəlif nisbət və tərkiblərdə kompozisiyaları hazırlanaraq konservasiya mayeləri kimi tədqiq olunmuşdur. Tədqiqatlar inhibitorun müxtəlif qatılığında ²corrosionbox² adlı təcrübə kamerasında kondensasiya və ətraf mühit olmaqla iki fazada, polad lövhələr üzərində sınaqdan keçirilmişdir. Müəyyən olunmuşdur ki, sintez olunmuş inhibitorun nitrobirləşmə ilə oksidləşmiş maye kauçuk iştirakında kompozisiyasından alınmış konservasiya mayesi onların fərdi istifadəsinə nəzərən korroziyadan daha yüksək mühafizə effekti göstərir, konservasiya mayelərinə qoyulan tələbləri ödəyir və böyük praktik əhəmiyyət kəsb edir.

Açar sözlər: konservasiya mayeləri, korroziya, inhibitor, təbii neft turşusu (TNT), oksidləşmiş maye kauçuk, nitrobirləşmə, ²corrosionbox²

Açar sözlər : konservasiya mayeləri, korroziya, inhibitor, təbii neft turşusu (TNT), oksidləşmiş maye kauçuk, nitrobirləşmə, ²corrosionbox²
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2018
MÜNDƏRİCAT
- OKSİDLƏŞMİŞ MAYE KAUÇUK VƏ TƏBİİ NEFT TURŞUSUNUN DUZLARI ƏSASINDA ALINMIŞ KONSERVASİYA MAYELƏRİNİN TƏDQİQİV.M.Abbasov, Y.J.Ağazadə, S.E.Abdullayev, E.K.Həsənov, G.M.Quliyeva
- BƏRKİMİŞ STİROL TƏRKİBLİ SOPOLİMERLƏRİN SİNTEZİ VƏ TƏDQİQİQ.A.Məmmədəliyev, N.A.Zeynalov, E.S.MəmmədovaDavamı