ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
2-ALLİLFENOLUN FORMALDEHİD VƏ METİLAMİNLƏ KONDENSLƏŞMƏ REAKSİYASININ VƏ ALINMIŞ MƏHSULLARIN FUNKSİONAL XASSƏLƏRİNİN TƏDQİQİ
G.M.Mehdiyeva, M.R.Bayramov, M.A.Ağayeva

2-Allilfenolun formaldehid və metilaminlə üçqat kondensləşməsi nəticəsində (1:1:1 və 1:2:1 mol nisbətində, 800C temperaturda və 3 saat müddətində) müxtəlif quruluşlu birləşmələr (I-III) sintez olunmuşdur. Müəyyən edilmişdir ki, alınan reagentlərin nisbətindən asılı olaraq müxtəlif strukturlu birləşmələr əmələ gəlir. I birləşmənin, 8-allil əvəzli 1,3-benzoksazinin HBr ilə reaksiyasından dördlü ammonium duzu (IV) sintez edilmişdir. 8-Allil əvəzli 1,3-benzoksazinin (I) və ammonium duzunun (IV) Staphylococcus aureus NCTC 6571, Staphylococcus aureus ATCC®25923, Escherichia coli ATCC®25923, CantCan25912, Shigella flexneri ATCC®12022, Salmonella enterica ATCC®13076 və Aspergillus niger (su izolyasiyası) mikroorqanizmlərinə qarşı antimikrobiyal aktivliyi tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, I və IV birləşmələr 30 mq/l qatılıqda standartlarla (amoksisillin və flukonazol) müqayisədə daha  yüksək bakterisid və funqisid xüsusiyyətlərə malikdir. I birləşməsinin termiki emalı nəticəsində tikili polimer IX sintez edilmişdir. IX polimerinin istilik xassələri öyrənilərkən kifayət qədər termiki davamlılığı (~4500C-ə qədər) göstərilmişdir. Eləcə də, alınmış polimerin sulu sistemlərdən uranil ionlarının çıxarılması üçün sorbsiya xassəsinə malikdir (pH 7-də sorbsiya dərəcəsi ~70%, sorbsiya tutumu isə 178 mq/q təşkil edir). Alınan birləşmələrin quruluşları İQ və NMR spektroskopiyası vasitəsilə təsdiq edilmişdir

doi.org/10.32737/0005-2531-2023-2-30-39

 

Açar sözlər : 2-allilfenol, metilamin, benzoksazinlər, sopolimerlər, bakterisidlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2025
MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİA.R.Cavadzadə, S.M.Məmmədova, Ş.D.Tağıyev, N.A.Zeynalov, D.B.Tağıyev
- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİS.Z.İsmayılova, M.H.Osmanlı, R.H.İsmayılov, D.B.Tağıyev, M.T.Hüseynova, K.R.Qəhrəmanova, A.A.Məcidov, B.Yalçın, F.F.Vəliyev, M.A.Bayramov, L.Ş.Quliyeva, O.Şahin, S.M.PengDavamı