ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
2-HİDROKSİ-5-HALOGENTİOFENOL VƏ HİDROFOB AMİNLƏRDƏN İSTİFADƏ EDİLMƏKLƏ BAKININ NEFT VƏ NEFT MƏHSULLARINDA DƏMİRİN (III) EKSTRAKSİYON-FOTOMETRİK TƏYİNİ
A.Z.Zalov, Ç.Q.Rəsulov, Ş.A.Məmmədova, S.Q.Əliyev

Hazırkı işin məqsədi hidroksialogentiofenol (H2R, R)   –  2-hidroksi-5-xlortiofenol, 2 -hidroksi-5-bromtiofenol və 2-hidroksi-5-yodtiofenol və hidrofob aminlər  –  1,10-fenantrolin, α,α'-dipiridil, difenilquanidin o-, m-, p-toluidin, o-. m-, p-ksilidin istifadə etməklə ətraf mühit obyektlərində, xüsusən də neft və neft məhsullarında dəmirin (III) fotometrik təyini üçün yüksək seçici metodun işlənib hazırlanması olmuşdur. Müəyyən edilmişdir ki, reagent iki əsaslı turşu olub,  mühitin turşuluğundan asılı olaraq molekulyar (H2R) və anion (HR- və R2-) formada ola bilər. 2-hidroksi-5-xlorotiofenol üçün: pK1 =5.1; pK2 = 10.6; 2-hidroksi-5-bromtiofenol: pK1 = 5.05; pK2 = 10.4; 2-hidroksi-5-yodtiofenol: pK1 = 5.0; pK2 = 10.2. H2R ionlaşma sabitinin (pKa) məhlulun ion qüvvəsindən pKn = f(μ) asılılığı μ = 0 – 1 intervalında xəttidir və növbəti tənliklərə uyğun gəlir: 2-hidroksi-5-xlortiofenol: pK1 = 5.2762 – 0.5506√μ, pK2 = 10.7289 – 0.4028√μ; 2-hidroksi-5-bromtiofenol: pK1 = 5.2643 – 0,6697√μ, pK2 = 10.5341 – 0.4191√μ; 2-hidroksi-5-yodtiofenol: pK1 = 5.1483 – 0.4634√μ; pK2 = 10.3621–0.5066√μ. Müxtəlifliqandlı komplekslərin əmələ gəlməsinə komponentlərin qatılığının, vaxt və temperaturun təsiri öyrənilmiş, onların stoxiometriyası müxtəlif üsullarla müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, ekstraksiya olunan birləşmədə komponentlərin molyar nisbəti 1:2:2 kimi olur. Komplekslərin tərkibinə Fe3+ və Fe(OH)2+ ionları daxildir. Dəmir (III) komplekslərinin H2R ilə yükü elektromiqrasiya və ion mübadiləsi xromatoqrafiyası ilə müəyyən edilmişdir. Komplekslərin molyar udma əmsalı (3.0-4.5)×104 (λ = 545-595 nm) təşkil edir. Dərəcəli əyri dəmirin (III) 0.40-22.5 mkq/ml qatılıq intervalında xəttidir. Fe(III)  minimum təyin olunma həddi R = 0.95olduqda 0.011-0.017 mkq/ml-dir. Hazırlanmış metodika neft və neft məhsullarında dəmirin az miqdarını təyin etmək üçün tətbiq edilmişdir

doi.org/10.32737/0005-2531-2023-3-126-133

Açar sözlər : dəmir(III), hidroksihalogentiofenol, ekstraksiya, neft, neft məhsulu
Məqaləyə baxın