ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TERMAL SULARDAN ARSENİN ÇÖKDÜRÜLMƏSİ
A.A.Heydərov, A.A.Muradova, Z.A.Cabbarova

 

Təqdim olunan tədqiqat işində natrium sulfid reagentindən istifadə etməklə termal sulardan arsenin sulfid (As2S3) şəklində çökdürülməsi təcrübələrinin nəticələri əks olunur. Arsenli birləşmələrin çökdürülməsinin şəraiti araşdırılmış, təcrübələrin optimal parametrləri əldə edilmişdir. As2S3 birləşməsinin çökməsinə təsir edən əsas amillər: çökdürücünün miqdarı (Na2S), bərk maye fazalar nisbəti (B:M), məhlulun pH-ı, çökmə müddəti və temperatur olaraq müəyyənləşdirilmişdir. Alınan nəticələrə görə müəyyən temperatur şəraitində (t = 30–450С, pH = 1-2; B : M - 1:1000; = 30-50 dəqiqə) termal sulardan arsen 3-sulfidin çökdürülməsi zamanı çıxım 99.6% təşkil edir. Nümunələrin xassələri fiziki kimyəvi tədqiqat metodlarından (RFA, SEM/EDS) istifadə etməklə araşdırılmışdır. Rentgen faza analizindən (RFA) qənaətə gəlinir ki, bu şəraitdə alınmış çöküntü nümunəsi rentgen amorfdur. Alınan nümunənin tərkibi və morfologiyası isə skan edən elektron mikroskopiya və enerji dispers spektroskopiya  (SEM/EDS) metodları vasitəsiylə təsdiq edilmişdir

doi.org/10.32737/0005-2531-2024-2-102-108

Açar sözlər : arsen, natrium sulfid, arsen (III) sulfid, termal sular, çökdürmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2025
MÜNDƏRİCAT
- YAŞIL HİDROGEN – GƏLƏCƏYİN ENERJİ MƏNBƏYİDİRA.Ş.Əliyev, R.Q.Hüseynova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.B.Tağıyev
- YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALIA.Ə.Heydərov, G.İ.Alışanlı, A.B.MuradovaDavamı