Qil-torpaq istehsalının tullantısı olan qırmızı şlamın kontakt kütlələr kimi kükürd tərkibli qazların utilizasiya proseslərində istifadə olunmağının perspektivliyi nəzərdən keçirilmişdir. Qırmızı şlam və laylı montmorillonit- bentonit (təbii) əsasında hazırlanmış kontakt kütlələrin xassələrinin tədqiqi aparılmışdır. Xammal fiziki-kimyəvi üsullarla tədqiq edilmişdir. Kontakt kütlələrin optimal tərkibi və onların termiki işləmə şərtləri müəyyən edilmişdir. Məlum olunmuşdur ki, kontakt kütlələrintərkibində gilin olması kontaktların mexaniki xüsusiyyətlərini təmiz qırmızı şlamla müqayisədə xeyli artmasına gətirib çıxarır. Granul şəklində formalaşdırılmış nümunələr kükürd dioksidin metanla və hidrogen sulfidlə reduksiya proseslərində sınaqdan keçirilmiş və yüksək aktivliyə malik olmaları müəyyən edilmişdir.
