ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MÜXTƏLİF POLİMERLƏR MÜHİTİNDƏ GÜMÜŞ NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİ
S.F.Hümbətova, Ş.Z.Tapdıqov, S.M.Məmmədova, N.Ə.Səfərov, D.B.Tağıyev, N.A.Zeynalov

 

Orta molekul kütləsi 200 kDa olan qummiarabik və 40000 olan polietilenqlikol eləcədə 200 kDa olan xitozan mühitində kiçik qatılıqlı NaBH4 və HCOOH məhlulları iştirakı ilə 293–353 K temperatur intervalında, müxtəlif reaksiya müddətində Ag0 nanohissəciklərinin alınması və stabilləşdirilməsi həyata keçirilmişdir. Alınmış gümüş nanohissəciklərin ölçüləri rentgen-faza analizi ilə tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, stabilləşdirici kimi polietilenqlikol  və qummiarabik  əsaslı birgə polimerlər mühitində formalaşan gümüş nanohissəciklərinin ölçüləri 7–9 nm, təbii poliaminosaxarid olan xitozandan istifadə etdikdə stabilləşən gümüş nanohissəciklərinin ölçüləri isə 8–11 nm aralığında dəyişir.

 

Açar sözlər : gümüş nanohissəciklər, qummiarabik, xitozan, polietilenqlikol, nanokompozitlər, Rentgen-faza analizi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı