ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
HAMAR GÜYƏNƏ BİTKİSİNİN POLYAR STEROİD QLİKOZİDİNİN KİMYƏVİ QURULUŞUNUN ÖYRƏNİLMƏSİ
Q.B.İskəndərov, S.A.Paşayeva

 

Məqalədə hamar güyənə Polygonatum glaberrimum bitkisindən alınan və şərti B qlikozidi adlandırılan spi­rostan sıralı fərdi steroid qlikozidin kimyəvi quruluşunun öyrənilməsinə dair eksperiment təd­qi­qat­la­rın nə­ticələri şərh olunur. Klassik kimyəvi tədqiqat, həmçinin İQ spektroskopiya və sorbentin nazik tə­bəqəsi üzə­rində xromatoqrafiya üsulları əsasında müəyyən edildi ki, B qlikozidi pennogeninin penta­ozidi olub, kar­bo­hidrat zəncirinin tərkibinə 3 molekul D-qlükoza, 1 molekul L-arabinoza və 1 molekul L-ramnoza da­xil­dir. Aparılan eksperiment tədqiqatların nəticələri, həmçinin onların obyektiv analitik təh­lili B qli­ko­zi­dinin tam kimyəvi quruluşunu müəyyən etməyə əsas verir: pennogenin 3-O-β-D-qlüko­pi­ranozil-(1→2)-[O-β-D-qlü­kopiranozil-(1→4)]-O-α-L-ramnopiranozil-(1→4)-[O-α-L-arabinopi­rano­zil-(1→2)]-O-β-D-qlü­ko­pira­no­zid. B qlikozidinin tam açıq kimyəvi quruluşu təqdim edilmişdir.

 

Açar sözlər : güyənə (Polygonatum), steroid qlikozid, pennogenin, progenin, pentaozid
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026
MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİN.Ş.Soltanova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.M.Babanlı, R.Q.Hüseynova, Z.S.Səfərəliyeva, T.A.Əliyev, H.Ç.Əliyeva, D.B.Tağıyev
- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİA.M.Əliyev, G.A.Əli-zadə, M.Q.Əliyeva, A.A.Fətullayeva, A.R.Səfərov, Z.A.Şabanova, T.İ.Hüseynova, R.Y.AğayevaDavamı