TİOKARBAMİDDƏN İSTİFADƏ ETMƏKLƏ KOBALT SULFİD NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ
Kobalt sulfid nanohissəcikləri ardıcıl ion qatının adsorbsiyası və reaksiyası (AİQAR) metodu ilə sintez olunmuşdur. İlkin reagentlər kimi Co(NO3)2·6H2O və tiokarbamidin [(NH2)2CS] sulu məhlulundan istifadə edilmişdir. Alınmış kobalt sulfid nanomaterialları 1000C temperaturda vakuumda qurudulmuşdur. Rentgen toz difraktometrindən (RTD) alınan nəticələrə görə Co3S4 üstünlüklü qarışıq fazalı kobalt sulfid (Co3S4, CoS1.097 və CoS2) nanohissəcikləri formalaşmışdır. Kobalt sulfide nanohissəciklərinin orta ölçüsü 8-ci tsikldən sonra 9.8 nm-dir. Optiki qadağan olunmuş zonanın enerjisi 1.59 eV olmuşdur. Skanedici elektron mikroskopundan (SEM) alınan nəticələrə görə sintez olunmuş kobalt sulfid nanohissəcikləri düyü şəkilli morfologiyaya malikdir.
Açar sözlər : kobalt sulfid, nanokompozitlər, quruluş  və optiki xassələr
Məqaləyə baxın
          
       QEYDİYYAT
          
          
          JURNALIN SONUNCU SAYI
  №4 2025
№4 2025MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİ- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİDavamı 
       







.png)