GERMANİUMUN(IV) 2,2',3,4-TETRAHİDROKSİ-3'-SULFO-5¢-XLORAZOBENZOLLA KATİON SƏTHİ AKTİV MADDƏLƏRİN İŞTİRAKINDA KOMPLEKS ƏMƏLƏ GƏTİRMƏSİNİN SPEKTROFOTOMETRİK TƏDQİQİ
'Spektrofotometrik üsulla germaniumun(IV) 2,2',3,4-tetrahidroksi-3'-sulfo-5'-xlorazobenzolla (R) kation səthi aktiv maddələr (SAM) – setilpiridinbromid (SPBr), setilpiridinxlorid (SPCl), setiltrimetilammoniumbromid (STMABr) və dekometoksin (Dek) iştirakında qarşılıqlı təsiri tədqiq edilib. Müəyyən edilib ki, SAM reagent ilə davamlı ion assosiatları əmələ gətirir. Germanium SAM iştirakında Gе(IV):R:SAM=1:2:2 tərkibli rəngli müxtəlifliqandlı komplekslər əmələ gətirir. Müxtəlifliqandlı komplekslərin əmələgəlməsinə pH, zaman, temperatur və qarşılıqlı təsirdə olan komponentlərin qatılığının təsiri öyrənilmişdir. Germaniumun təbii obyektlərdə yüksək keyfiyyətli fotometrik təyinatmetodikaları işlənib hazırlanmışdır.
Açar sözlər : spektrofotometrik tədqiqat, kompleks əmələ gətirmə, germanium(IV), 2,2',3,4-tetrahidroksi-3'-sulfo-5'-xlorazobenzol, səthi aktiv maddələr, təbii obyektlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2026MÜNDƏRİCAT
- DEA HƏLLEDİCİSİ VASİTƏSİLƏ TƏBİİ QAZIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ H2S-IN KƏNARLAŞDIRILMASININ OPTİMALLAŞDIRILMASI: ASPEN HYSYS–RSM TƏDQİQATI- AMİN TURŞUSU VƏ SİNTETİK MOLİBDAT (MoO₄²⁻) XELATLARI VƏ MÜXTƏLİF TEMPERATURLARDA *AZOTOBACTER* BAKTERİYALARI ÜÇÜN ONLARIN BİOƏLÇATANLIĞIDavamı








.png)