ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
DİSAXARİNDİKARBON TURŞULARININ DİXLORANHİDRİDLƏRİNİN DİFENİLOLPROPANLA MƏHLULDA POLİKONDENSLƏŞMƏ KİNETİKASININ TƏDQİQİ
T.A.Aslanov, Ü.M.Məmmədli, T.N.Aslanova, B.Ə.Məmmədov, A.M.Quliev

 

N,N'-etilen-1,2-bis-saxarin-5-karbon turşusu, N,N'-dimetilbenzolsaxarin-5-karbon turşusu, N,N'-dimetil-m-ksililen-a,a'-bis-saxarin-5-karbon turşusu dixloranhidridlərinin difenilolpropanla məhlulda 130–2000C temperatur intervalında polikondensləşmə reaksiyalarının kinetikası tədqiq edilmişdir. Reaksiyanın başaçatma dərəcəsinin (2000C) daha yüksək qiyməti (0.82) N,N'-etilen-1,2-bis-saxarin-5-karbon turşusu iştirakı ilə həyata keçirilən prosesdə müşahidə edilmişdir. Disaxarindikarbon turşularının difenilolpropanla polikondensləşmə reaksiyalarının sürət sabitlərinin və aktivləşmə enerjilərinin qiymətləri hesablanmışdır.

 

Açar sözlər : N,N'-etilen-1,2-bis-saxarin-5-karbon turşusunun dixloranhidridi, polikondensləşmə, difenilolpropan
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı