DƏMİRİN MİSDƏN 1-HİDROKSİ-2-NAFTOY TURŞUSU İLƏ EKSTRAKSİYA ETMƏKLƏ AYRILMASI VƏ о-FENANTROLİNLƏ EKSTRAKSİYALI-FOTOMETRİK TƏYİNİ
Dəmirin(II) pH-dan asılı olaraq 1,2-ONT-nin xloroform məhlulu ilə 0.1 M o-phen ekstraksiya dərəcəsi tədqiq olunmuşdur. Maksimum ekstraksiya pH 6–6.6-da müşahidə olunur. Dəmirin(II) Fe(C12H8N2)3(C11H7O3)2 kompleksi şəklində ekstraktının tərkibi tarazlığın yerdəyişməsi metodu ilə təyin edilmişdir. Dəmirin kompleks birləşməsinin xloroform ekstraktının udma spektri çıxarılmış, qatılıq intervalı müəyyənləşdirilmiş, Ber qanununa tabelik intervalı tapılmışdır. Dəmirin artıq miqdar misin(II) iştrakı ilə ekstraksiyalı-fotometrik təyininin mümkünlüyü müəyyənləşdirilmişdir. Bu məqsədlə mis EDTA ilə pərdələnir. EDTA artıq miqdarı olduqda dəmirin fenantrolin kompleksi pH 6–6.6-da xloroform təbəqəsinə keçir, mis isə məhlulda qalır.
Açar sözlər : aromatik hidroksi turşular, o-fenantrolin, ekstraksiyalı-fotometrik təyin
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2026MÜNDƏRİCAT
- DEA HƏLLEDİCİSİ VASİTƏSİLƏ TƏBİİ QAZIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ H2S-IN KƏNARLAŞDIRILMASININ OPTİMALLAŞDIRILMASI: ASPEN HYSYS–RSM TƏDQİQATI- AMİN TURŞUSU VƏ SİNTETİK MOLİBDAT (MoO₄²⁻) XELATLARI VƏ MÜXTƏLİF TEMPERATURLARDA *AZOTOBACTER* BAKTERİYALARI ÜÇÜN ONLARIN BİOƏLÇATANLIĞIDavamı








.png)