ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TOZVARI GİLİN DƏNƏVƏRLƏŞDİRİLMƏSİ PROSESİNİN BOŞQABVARI DƏNƏVƏRLƏŞDİRİCİDƏ DAMCI ÜSULU İLƏ TƏDQİQİ
Q.M.Səmədzadə, İ.A.Talıbı, Q.İ.Kəlbəlıyev, S.A.Quliyeva, G.B.Şadlinskaya

 

İlk dəfə olaraq tozvarı gilin fasiləsiz işləyən boşqabvarı laboratoriya dənəvərləşdiricisində damcı üsulu ilə dənəvərləşdirilməsi tədqiq edilmiş və kürəşəkilli dənəvərlərin alınması prosesinin optimal şəraiti müəyyən edilmişdir. Dənəvərləşmə prosesində damcı səpələnən gil qatına düşdüyü zaman tozcuqlar adsorbsiya nəticəsində demək olar ki, damcı tərəfindən sovrulur və onu hər tərəfdən bürüyürlər. Nahamar yerlərdən diyirlənərək və digər dənəvərlərlə toqquşaraq xarici tozcuqlar dənəvərlərin daxilinə, hissəciklərarası boşluqlara daxil olurlar, bu zaman su xaricə sıxışdırılır və növbəti tozcuqlar dənəvərə yapışırlar. Hissəciklərarası boşluqlar tozcuqlarla doyduqdan sonra dənəvərin böyüməsi dayanır. Bu zaman dənəvərin ölçüsü dənəvərləşdirmə zamanı verilən damcının həcmi ilə müəyyən edilir, davamlılığı isə onun diametrinə proporsional olaraq artır. Eyni damcılar bərabər diametrli dənəvərlər əmələ gətirirlər. Dənəvərlərin əsas davamlılığı prosesin ilk iki-üç dəqiqəsində müəyyən edilir, dənəvərləşmə müddəti davamlılığı azacıq artırır.

 

Açar sözlər : boşqabvari dənəvərləşdirici, əyilmə bucağı, damcıdənəvər, damcının düşmə tezliyi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı