ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
N-ALLİLMALEİMİDİN, trans-STİLBENİN VƏ MALEİN ANHİDRİDİNİN ÜÇQAT SOPOLİMERLƏRİNİN TƏRKİBİ VƏ QURULUŞU
L.V.Medyakova, S.Ə.Rzayeva

 

Bifunksional monomer olan N-allilmaleimidin, trans-stilbenin və malein anhidridinin iştirakı ilə üç komponentli sistemin radikal inisiatorlu sopolimerləşməsi aparılmışdır. Üçqat sopolimerlərin real tərkibinin zəncirin sərbəst monomer böyüməsi modeli üzrə hesablanmış tərkibə uyğun olmadığı müəyyən edilmişdir. Bu fakt zəncirin böyüməsi elementar reaksiyaların­da iştirak edən molekullararası π–π-komplekslərinin əmələ gəlməsi nöqteyi-nəzərindən izah edilir. Göstərilmişdir ki, sintez olunmuş üçqat sopolimerlərin makromolekulları makrozəncirdə müxtəlif miqdarda olan kompleksomer diadlarından təşkil olunmuşdur.

 

Açar sözlər : N-allilmaleimid, trans-stilben, malein anhidridi, radikal sopolimerləşmə, donor-akseptor kompleksləri, üçqat sopolimerlər, tərkib, quruluş, doymamışlıq
Məqaləyə baxın