1-ETİLTİOOKTANIN AMİNOMETOKSİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ XASSƏLƏRİ
1-Etiltiooktan-2-ol, formaldehid və ikili aminlərlə aparılan üçkomponentli Mannix reaksiyası əsasında 1-etiltiooktanın aminometoksi törəmələrinin yeni nümayəndələri sintez edilmişdir. Ilkin reagentlərin bərabər molyar nisbətində 50–600C temperaturda 3–4 saat müddətində aparılan reaksiyalar nəticəsində alınan birləşmələrin çıxımı 72–76% təşkil edir. Birləşmələrin tərkib və quruluşları İQ, 1H NMR spektroskopik və kütlə-spektrometrik üsullarla təsdiq edilmişdir. Sintez olunmuş maddələr antimikrob preparatlar kimi sınaqdan keçirilmiş və müsbət nəticələr əldə edilmişdir.
Açar sözlər : 1-etiltiooktan-2-ol, etiltiooktanın aminometoksi törəmələri, Mannix reaksiyası, bioloji aktiv maddələr
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2026MÜNDƏRİCAT
- DEA HƏLLEDİCİSİ VASİTƏSİLƏ TƏBİİ QAZIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ H2S-IN KƏNARLAŞDIRILMASININ OPTİMALLAŞDIRILMASI: ASPEN HYSYS–RSM TƏDQİQATI- AMİN TURŞUSU VƏ SİNTETİK MOLİBDAT (MoO₄²⁻) XELATLARI VƏ MÜXTƏLİF TEMPERATURLARDA *AZOTOBACTER* BAKTERİYALARI ÜÇÜN ONLARIN BİOƏLÇATANLIĞIDavamı








.png)