trans-darçın turşusunun allil efirinin trans-stilbenlə radikal sopolimerləşməsinin tədqiqi zamanı zəncirində yüksək miqdarda tsiklik γ-laktonların və doymamış manqaların olduğu makromolekulların əmələ gəlməsi müəyyən edilmişdir. Göstərilmişdir ki, tsikllərin əmələ gəlməsi allil rabitəsinə darçın radikalının hücumu nəticəsində baş verir. Zəncirin böyüməsi növbəli quruluşlu makromolekulların əmələ gəlməsi ilə molekuldaxili və molekullararası böyümə mexanizmi üzrə baş verir. Somonomerlərin manqalarının növbələşməsi sopolimerləşmə sabitlərinin qiymətlərinə və ilkin reaksiya qarışığı tərkibinin 50:50 (mol %) qiymətlərində kinetik əyrilərin ekstremal xarakterinə əsasən təsdiq edilmişdir. Durulaşma effektinin olması, yəni wmax vəziyyətinin absis oxu üzrə yerdəyişməsi növbələşmənin sərbəst monomerlərin və eləcə də molekullararası π–π komplekslərinin iştirak etdiyi qarışıq mexanizmə malik olduğunu göstərir. Sintez olunmuş tsikloxətti quruluşlu polifunksional sopolimerlərin bəzi litoqrafik xarakteristikaları təyin edilmişdir.
