ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NEFT TURŞULARI ƏSASINDA SİRKONİL NAFTENATLARIN SİNTEZİ VƏ ONLARIN ETİLENİN OLİQOMERLƏŞMƏSİ (POLİMERLƏŞMƏSİ) PROSESİNDƏ KOMPLEKS KATALİTİK SİSTEM KİMİ TƏTBİQİ
Ə.Ə.Xanmətov, K.Ş.Hacıyeva, M.C.Xamiyev, R.V.Əliyeva, H.R.Əzizbəyli, S.F.Əhmədbəyova

 

Bakı neftlərindən ayrılmış neft turşuları fraksiyaları əsasında sirkonil naftenatların yeni sintez üsulu işlənib hazırlanmışdır. Müəyyən edilmişdir ki, sirkonil naftenatların sintezinin spirt-su mühitində aparılması onları qarışıqlardan təmizlənmiş halda almağa imkan verir. Sintez olunmuş sirkonil naftenatların quruluş və tərkibləri İQ- və NMR-spektroskopiya, RFA, element analizi üsulları vasitəsilə öyrənilmişdir. Sintez olunmuş sirkonil naftenatlar əsasında homogen metal kompleks katalizatorun etilenin oliqomerləşmə və polimerləşmə prosesində yüksək katalitik aktivliyə malik olduğu müəyyən edilmişdir.

 

Açar sözlər : sirkonil xlorid, neft turşuları fraksiyaları, sirkonil naftenatlar, etilen, oliqomerləşmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı