Tsiklopentanın 3800C-də HY seolitlər üzərində reaksiyası öyrənilmişdir. Əsas xammalın dehidrogenləşməsinin ilkin mərhələsində davamlı tsiklopenten və tsiklopentadien molekulu əmələ gəlmişdir, lakin əsas məhsul kimi molekulyar hidrogenə rast gəlinməmişdir. Klinoptilolitin katalitik aktivliyi tsiklopentandan tsikllopentadienin alınması istiqamətində təcrübi olaraq öyrənilmiş və bir neçə temperaturda nəzəri olaraq modelləşdirilmişdir. Müəyyən olunmuşdur ki, klinoptilolt bu kationlarla {Cu2+ (0.5 küt.%), Zn2+ (0.2 küt.%), Co 2+ (0.1 küt.%), Cr 3+(0.1 küt.%) və CL{Co2+ (0.5 küt.%)} daha çox katalitik aktivlik göstərir və bu katalizatorlar ion-mübadiləsi üsulu ilə hazırlanmışdır. Nəzəri hesablamalar həmçinin sübut etdi ki, bu reaksiyalar qeyri-sinxron, yəni ardıcıl olamayan şəkildə gedir. Təcrübi məlumatlarda katalizatorun tərkib hissələrini əhatə edən aktiv mərkəzlərin qruplaşdırıldığı və kationlərin dissosiativ adsorbsiyalı oksigen ilə birləşməsini təmin edən rabitə enerjiləri nəzərə alınmaqla reaksiya yollarının təsvir olunduğu bildirilir. Enerji baryerləri və katalizə olunan sistemlərin elektron quruluşla əlaqəli sürət sabitləri və ikili səviyyəli varyasyon keçid nəzəriyyəsi hesablamanın köməyi ilə dəqiqliklə modelləşdirilmişdir