ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
n-C5–n-C8 PARAFİN KARBOHİDROGENLƏRİNİN ADSORBSİYASINA VƏ İZOMERLƏŞDİRİLMƏSİNƏ TƏCRÜBƏ ŞƏRAİTİNİN TƏSİRİNİN TƏDQİQİ
Ç.Ş.İbrahimov, E.B.Nurməmmədov, N.Ə.Sadıqova

 

n-C5n-C8 karbohidrogenlərin aşağı oktanlı qaz kondensatı benzinindən adsorbsiya ilə ayrılması və katalitik izomerləşdirilməsi qurğusunun texnoloji sxemi işlənib hazırlanmışdır. Burada məqsəd xammalın miqdarını itirməmək şərti ilə qaz kondensatı benzininin oktan ədədinin yüksəldilməsi olmuşdur. Bu məqsədə nail olmaq üçün texnoloji parametrlərin, yəni temperaturun, xammalın həcmi sürətinin, izomerləşmə reaktorundakı təzyiqin, CaA adsorbentinin aktivliyinin və məsaməliliyinin, hidrogen və n-parafin nisbətinin adsorbsiyaya, desorbsiyaya, karbohidrogenlərin izomerləşməsinə təsirinin tədqiqatları aparılmışdır. Tədqiq edilən karbohidrogenlərin yüksək təmizlikli desorbsiya çıxımı və maksimum dərəcədə izomerləşdirilməsinin təcrübi şəraiti müəyyənləşdirilmişdir

Açar sözlər : n-parafinlər, adsorbsiya, desorbsiya, izomerləşmə, n-C5–n-C8 karbohidrogenləri, seolit CaA
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı