ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SEOLİTLƏRİN METAL KATİONLARI İLƏ MODİFİKASİYA EDİLMƏSİNDƏ İON MÜBA­Dİ­LƏSİ METODU HOPDURULMUŞ KATALİZATORLARIN HÜDUD MODELİ KİMİ
A.M.Əliyev, S.M.Məcidova, Ə.Ə.Sarıcanov, K.İ.Mətiyev, Z.A.Şabanova, Ü.Ə.Məmmədova, F.V.Əliyev, Ü.M. Nəcəf-Quliyev

 

Yüksək dispers metalseolit sistemlərinin sintezi və onların  aşağı molekullu olefin karbohidrogenlərinin (etilenin asetaldehidə, propilenin asetona, butilenlərin metiletilketona) oksidləşməsi; C1–C5 alifatik spirtlərinin uyğun aldehidlərə, ketonlara, karbon turşularına və karbon turşularının mürəkkəb efirlərinə; metanın asetilenə oksidləşməsi və tsikloheksanın tsikloheksadienə oksidləşdirici dehidrogenləşmə reaksiyalarında katalitik aktivliklərinin tədqiqinin nəticələri verilmişdir. Müəyyən olunmuşdur ki, bu katalizatorların təsirinin selektivliyi onların tərkibində metal komponentlərinin optimal uyğunluğu, seolitin turşuluğu və strukturu ilə təyin olunur. Tədqiq olunan reaksiyalar üçün yüksək effektiv katalizatorlar seçilmişdir. Sintez olunmuş katalizatorlar üzərində aşağı molekullu olefin karbohidrogenlərinin və alifatik spirtlərin oksidləşməsi reaksiyalarının kinetik qanunauyğunluqlarının tədqiqinin təc­rubi nəticələri əsasında bu reaksiyalarin ehtimal olunan mərhələli getmə mexanizmləri verilmiş və kinetik modelləri işlənib hazırlanmışdır

Açar sözlər : metalseolit katalizatorlar, oksidləşmə, karbohidrogenlər, alifatik spirtlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı