Derivatoqrafik analiz məlumatlarına əsaslanaraq oksidləşdirici regenerasiya prosesində iştirak edən vakuum qazoylun oksikrekinq prosesində iştirak edən katalizator nümunələri tədqiq edilərək müəyyən olunmuşdur ki, katalizatorun səthində xarakterik temperatur anomaliyaları ilə olan 2 növ sıxlaşma məhsulu mövcüddur: oksigen tərkibli sıxlaşma məhsullar (OSM) və daha sabit oksigen olmayan yüksəkmolekullu sıxlaşma məhsulları (SM). Səthi məhsulların tədrici parçalanma mexanizmi irəli sürülüb. Kissinger metodu ilə səth sıxlaşma məhsullarının destruksiya edilməsi üçün aktivasiya enerjisini qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, regenerasiya şəraitində qalma müddətinin artması aktivasiya enerjisində azalmaya səbəb olur
doi.org/10.32737/0005-2531-2020-1-77-81