Qızıl(III) 2,2',3,4-tetrahidroksi-3'-sulfo-5'-xlorazobenzol (TSXAB) ilə pH 5–6 turşuluqlu mühitdə sürətlə reaksiyaya girərək qəhvəyi-sarı rəngli kompleks və pH 5–6 turşuluqlu mühitdə kation tip səthi aktiv maddələr- cetilpiridin xlorid (CPCl), cetilpiridin bromid (CPBr) və cetiltrimetilammonium bromid (CTMABr) iştirakında isə qəhvəyi rəngli komplekslər əmələ gətirir. Au(III)– TSXAB sisteminin işıq udma spektrində maksimum 490 nm-də və molyar udma əmsallı 2.3.104 l mol-1sm-1 müşahidə olunur. Au(III)–TSXAB–CPCl, Au(III)–TSXAB–CPBr və Au(III)–TSXAB– CTMABr TSXAB sistemlərinin işıq udma spektrlərində maksimumlar 520, 520 və 540 nm dalğa uzunluqlarında müşahidə olunur və molyar udma əmsalları isə uyğun olaraq 3.78.104, 3.67.104 and 3.81.104 l mol-1 sm-1 qiymətlər alır. Optiki sıxlığın xəttiliyi Au(III) üçün 0.584–5.61 mkg/ml miqdarında Au(III)–TSXAB sistemində və 0.428–6.362 mkg/ml, 0.435–6.221 mkg/ml, 0.436–6.832 mkg/ml miqdarlarında isə uyğun olaraq Au(III)–TSXAB–CPCl, Au(III)–TSXAB– və Au(III)–TSXAB–CTMABr sistemlərində olur. Sendel həssaslığı Au(III) üçün Au(III)–TSXAB sistemində 7 mkg cm-2 və Au(III)–TSXAB–CPCl, Au(III)–TSXAB–CPBr və Au(III)–TSXAB–CTMABr TSXAB sistemlərində isə 5, 6, 5 mkg/cm müəyyən edilmişdi. Təklif olunan metodlar qızılin (III) bir neçə sintetik qarışıqlarda təyinində uğurla tətbiq olunmuşdu. Nisbi standart kənara çixma Au(III) üçün (0–2.0)% olmağı, bu üsulların yüksək dəqiqliyinin və təkrarlığının olduğunu göstərir. Alınan nəticələr sintetik qarışıq nümunələrinin induktiv əlaqəli plazma optik emissiya spektrometriyası üsulu ilə analizinin nəticələri ilə müqayisə edilmişdi