Mo–S NAZİK TƏBƏQƏLƏRİNİN BİRGƏ ELEKTROÇÖKDÜRÜLMƏSİ
Təqdim edilən işdə elektrolitlərin suda məhlullarından molibden və kükürdün birgə elektrokimyəvi çökmə prosesi öyrənilmişdir. Pt elektrodu üzərində tsiklik polyarizasiya əyrilərinin çəkilməsi ilə Mo və S-ün birgə elektrokimyəvi çökmə prosesi üçün potensial sahəsi təyin edilmişdir. Alınan nazik təbəqələrin müxtəlif müasir metodlarla öyrənilməsi zamanı, müəyyən edilmişdir ki, rentgen faza və Raman səpələnməsi (kombinassion səpələnmə) analizləri nəticəsində əldə olunan piklər MoS2 birləşməsinə uyğundur
doi.org/10.32737/0005-2531-2020-1-16-19
Açar sözlər : MoS2, polyarizasiya, nazik təbəqələr, elektrokimyəvi çökdürülmə, yarımkeçirici
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİ- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİDavamı








.png)