ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NEFTDƏN ASFALT-QATRAN, PARAFİNLƏRIİN ÇÖKMƏSİ PROSESİNİN MÜASİR VƏZİYYƏTİNİN VƏ PROSESİN MODELLƏŞDİRMƏSİ ÜSULLARININ ANALİZİ İCMAL I HİSSƏ: ASFALTENLƏRİN ÇÖKMƏSİ
M.R.Manafov, Q.İ.Kəlbəliyev

Asfaltenlər  xam neftin öz-özünə assosiasiyaya və çökməyə meylli ən ağır fraksiyası dırlar. Neftin hasilatında, emalı və nəql edilməsində asfaltenlərin çökməsi və çöküb yığılması  neft sənayesinin əsas problemidir, belə ki, bu çöküntülərin yığılması istehsalın bütün mərhələlərində problemlər yarada bilər. Asfaltenlər müxtəlif quruluşa və molekulyar tərkibə malik olub, tam dəqiq olmayan komponentlərin qarışığıdırlar, onlar hətta az qatılıqda belə öz-özünə assosiasiya olunurlar və bu onları xam neftin ən mürəkkəb komponentlərindən biri edir. Parafinin çökmə (kristallaşma) mexanizmi asfaltenlərin çökməsindən fərqli olduğu üçün, parafinlərin kristallaşmasının riyazi modelləşdirilməsinə  ayrıca olaraq növbəti işdə baxılacaqdır. asvaltenlərin davranışını müxtəlif ssenari lərdə  proqnozlaşdıra bilən Dəqiq asfalten modellərinin yaradılması, asfaltenlərin çökməsi ilə bağlı problemlərin azaldılmasına imkan verəcəkdir. Hazırda asfaltenlərin çökmə prosesinin riyazi modelləşdirilməsi üçün geniş olaraq kolloid və həllolma modelləri  yayılmışdır.  Qeyd etmək lazımdır ki,  son illər vektor maşını, süni neyron,  Bayes şəbəkəsi və digər mütərəqqi intellektual modellər  neft və kimya sənayesində müxtəlif parametrlərin və xassələrin modelləşdirilməsində daha tez-tez istifadə olunurlar. Lakin bu modellərin nəticələrinin interpretasiyas, hələlik arzu edilən səviyyədə deyildir. Son illər  Kubik-plyus-assosiasiya hal tənliyi (CPA EoS) və ststistik assosiasiya olmuş mayelər nəzəriyyəsi əsasında (SAFT)  modellərin  asfaltenlərin çökməsini proqnozlaşdırmaq üçün daha perspektivli olduqları qəbul edilmişdir. Lakin, ədəbiyyatda hələ də, müxtəlif rəylərə rast gəlmək olur. Son onilliklərdə,  asfaltenlərin çökməsinin başlanğıcı və çökən asfaltenlərin miqdarını proqnozlaşdıran  bir sıra müxtəlif modellər təklif olunmuşdur. Təqdim olunan bu işdə termobar və digər şərtlərin dəyişməsi zamanı asfaltenlərin çökməsini proqnozlaşdırmaq üçün möxtəlif modellərə baxılır. Modelləşdirmədə müxtəlif yanaşmaların qısa xülasəsi, müxtəlif tədqiqatçılar tərəfindən  aparılmış işlərin təsviri verilir. Müxtəlif modellərin əsasında dayanan əsas ehtimallara və modelin təcrübi nəticələrlə uyğunluq səviyyəsinə əsas diqqət verilmişdir. Təqdim olunmuş modellər müqayisə edilmiş və çökmənin proqnozlaşdırılması üçün modelləşdirilmənin  müasir meyllər göstərilmişdir. Təqdim olunan iş gələcək tədqiqat işlərində asfaltenlərin çökməsinin düzgün modelləşdirilmə üsulunun seçilməsində kömək edəcəkdir.

doi.org/10.32737/0005-2531-2020-2-6-19

 

Açar sözlər : xam neft, asfaltenlər, assosiasiya, çökmə, hal tənliyi, modelləşdirilmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı