ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MERKAPTOSİRKƏ TURŞUSU EFİRLƏRİNİN EPİ- VƏ TİOEPIXLORHİDRİNLƏRLƏ REAKSİYALARININ TƏDQİQİ
Q.Z.Hüseynov, M.Ə.Mirzəyeva

Qələvi mühitdə merkaptosirkə turşusu efirlərinin epi- və tioepixlorhidrinlərlə reaksiyaları öyrənilmişdir. Müəyyən olunmuşdur ki, ekvimolyar miqdarda natrium hidroksid iştirakı ilə merkaptosirkə turşusu efirlərinin epixlorhidrinlə reaksiyasından eyni zamanda 2,3- epoksipropilalkoksikarbonilmetil sulfidlər və 1- xlor- 3-alkoksikarbonilmetiltio-2-propanollar əmələ gəlir. Natrium hidroksiddən katalizator kimi istifadə etdikdə merkaptosirkəturşusu efirlərinin epixlorhidrinlə reaksiyasından yalnız 1-xlor-3-alkoksikarbonilmetiltio-2-propanollar alınır. Ekvimolyar miqdarda natrium hidroksid iştirakı ilə  merkaptosirkəturşusu efirlərinin tioepixlorhidrinlə qarşılıqlı təsiri nəticəsində reaksiyanın yeganə məhsulu kimi 2,3- epitiopropilalkoksikarbonilmetilsulfidlər əmələ gəlir

doi.org/10.32737/0005-2531-2020-4-49-52

Açar sözlər : epixlorhidrin, tioepixlorhidrin, merkaptosirkə turşunun efirləri, tiofenol, natrium hidroksid
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı