ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ÜZVİ MƏHLULLARDAN SELENİT İONLARININ ELEKTROKİMYƏVİ REDUKSİYASI
S.P.Cavadova

Metal dixalkogenidləri öz bənzərsiz xassələrinə görə nano- və optoelektronikanın müxtəlif sahələrində geniş tətbiq olunurlar. Bi2Se3, AV–BVI qrupuna aid, qadağa olunmuş zolağının eni 0.3 eV olan perspektivli n-tip yarımkeçirici materiallardan biridir. Elektrokimyəvi üsul ilə bu birləşmələri birgə çökdürmək üçün ilkin olaraq başlanğıc komponentlərin elektroreduksiya prosesləri ayrılıqda tədqiq edilir. Buna görə tədqiqat etilen qlikol məhlulundan selenit ionlarının elektrokimyəvi reduksiyasına həsr edilmişdir. Pt elektrodu üzərində tsiklik və xətti polyarizasiya əyrilərinin çəkilməsi ilə selenit ionlarının elektrokimyəvi reduksiya prosesinin kinetika, mexanizmi və müxtəlif amillərin prosesə təsiri öyrənilmişdir. Temperaturun təsirinin nəticələrinə əsasən Qorbaçov metodu ilə effektiv aktivləşmə enerjisi hesablanmışdır. Hesablamaların nəticələri göstərir ki, etilenqlikol məhlullarından selenit ionlarının elektrokimyəvi reduksiya prosesi qatılıq kinetikasına yaxın olan elektrokimyəvi kinetika ilə müşayiət olunur

doi.org/10.32737/0005-2531-2020-4-43-48

Açar sözlər : selenit ionları, etilenqlikol, elektrokimyəvi reduksiya, yarımkeçirici
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı