ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NEFTDƏN ASFALTEN-QATRAN, PARAFİNLƏRİN ÇÖKMƏSİ PROSESİNİN MÜASİR VƏZİYYƏTİNİN VƏ PROSESİN MODELLƏŞDİRMƏSİ ÜSULLARININ ANALİZİ. İCMAL. II HİSSƏ: PARAFİNLƏRİN ÇÖKMƏSİ
M.R.Manafov, Q.S.Əliyev, A.İ.Rüstəmova, V.İ.Kərimli

İcmalda neftin nəqli borularında parafinin əmələ gəlməsi prosesi qısa şəkildə  müzakirə olunur. Neft borularında parafinin əmələ gəlməsi prosesinin və parafinin çökməsinin kinetik modeli təqdim olunmuşdur. Model üzrə hesablamaların mövcud təcrübi göstəricilərlə müqayisəsi, qənaətbəxş nəticələr vermişdir. İcmalda parafinin çökməsi prosesinin modelləşdirilməsində müasir zamanda istifadə olunan kompüter proqramlarına baxılmış, onların analizi verilmişdir. Qeyd olunmuşdur ki, real çöl şəraiti hallarında modelləşdirmə nəticələri, həmişə tətbiq oluna bilməz. Etibarlı nəticələrin alınması üçün miqyas effektini nəzərə almaq, əlavə təcrübə nəticələrindən istifadə etmək lazımdır. İşdə parafin çökməsinin qarşısını almaq və onu kənar etmək üçün istifadə olunan müxtəlif texnologiyalara baxılmış və analiz edilmişdir

doi.org/10.32737/0005-2531-2021-2-13-23

Açar sözlər : sürüşmə dispersiyası, sürüşmə enerjisi, parafinin çökməsi, parafinin əmələgəlmə temperaturu, reoloji xassələr, kimyəvi inhibitorlar.
Məqaləyə baxın