Məqalədə tsiklik və xətti potensiodinamik polyarlaşma əyrilərinin çəkilməsi yolu ilə qələvi qlisin elektrolitindən kobalt ionlarının elektrokimyəvi reduksiyasına dair tədqiqatlar təqdim olunur. Kobalt ionlarının mənbələrinin keyfiyyətini öyrənmək üçün kobalt duzu (CoCl2) 1.5 M qlisin məhlulunda həll edilmiş və elektrolitin pH-nı lazımı qiymətə çatdırmaq üçün məhlula NH4OH əlavə edilmişdir. Tsiklik polyarizasiya əyriləri çəkməklə kobalt ionlarının reduksiyasının potensial diapazonu müəyyən edilmişdir. Tədqiq olunan elektrolitdən kobaltın elektroçökmə prosesinə əsas komponentlərin konsentrasiyasının və temperaturun təsiri öyrənilmişdir. ip və ʋ1/2 arasında xətti asılılıqdan görünür ki, kobalt ionlarının qələvi qlisin elektrolitindən elektroçökdürülmə prosesi diffuziya polarizasiyası ilə idarə olunur. Bu da lgik – 1/T asılılığı ilə sübut olunur
doi.org/10.32737/0005-2531-2022-2-113-120