Təklif olunmuş yeni prinsipal texnoloji sxem əsasında az qatılıqlı kükürd tərkibli qazların emalının təkmilləşdirilməsi və atmosfer tullantılarının zərərsizləşdirilməsi üzrə tədqiqat işləri həyata keçirilib. Bu texnoloji prosesin əvvəlində yüksək kükürd çıxımına nail olmaq üçün SO2-nin təklif olunmuş alümokobaltmolibden (AKM) katalizatoru üzərində təbii qazın su konversiyası məhsulları ilə reduksiyası tədqiq edilmiş, sonra isə alınan sənaye tullantı qazlarının tərkibinə uyğun real qaz qarışığının xlorlu əhənglə zərərsizləşdirilməsi üsulu işlənib hazırlanmışdır. Əvvəlcə AKM katalizatoru üzərində SO2-nin metanın su konversiyası məhsulları ilə reduksiyası prosesinin optimal parametrləri tapılmışdır: temperatur – 4000C, həcmi sürət – 1000 s-1, ilkin reaktivlərin nisbəti – 2.1. SO2-nin kükürdə qədər reduksiyasından sonra kükürd və su buxarı kondensatorlarda ayrıldıqdan sonra tərkibində H2S və SO2 olan qaz qarışığı xlorlu əhəng suspenziyasında udulur. Udulma prosesinin optimal parametrləri belə olmuşdur: bərk:maye nisbəti – B:M= 2.5, qazın verilmə sürəti – 75 ml/dəq, temperatur – 500C. Nəticədə hər iki texnoloji prosesin optimal parametrləri intervalında prosesi adekvat ifadə edən statistik riyazi modeli yaradılmışdır
doi.org/10.32737/0005-2531-2022-4-114-121