ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
VOLFRAMIN(VI) 2- HİDROKSİ-5T-BUTİLFENOL-4ꞌ-NİTROAZOBENZOLLA EKSTRAKSİYASI VƏ ATOM ABSORBSİYA ÜSULU İLƏ TƏYİNİ
A.M.Paşacanov, T.M.İsmayılov, N.İ.İsmayılov, M.M.Ağamaliyeva, Ş.M.Bayramov, Z.A.Məmmədova

Volframın (VI) para-tret-butilfenol (2-hidroksi-5-Tr-butilfenol-4’-nitro-azobenzol) əsasında sintez edilmiş azo birləşmə ilə kompleks əmələ gəlməsi spektrofotometrik üsulla tədqiq edilmişdir. Məhlulun optimal pH 2.0–3.0 arasındadır. Kompleksin normal butanolda maksimum işıq udulması 460-470 nm, reagentin maksimumu  isə 360-370; kompleksəmələgəlmə batoxrom sürüşmə ilə müşayiət olunur. Kompleksin spektrofotometrik xarakteristikası hesablanmış və tərkibi müxtəlif üsullarla müəyyən edilmişdir. Tarazlığın yerdəyişməsi və izomolyar sıra üsullarından istifadə etməklə W:R nisbətinin 1:2 olduğu təstiq edilmişdir. Sommer üsulu ilə müəyyən edilmişdir ki, kom–pleksəmələgəlmə prosesində hər bir reagent molekulundan bir proton ayrılır. Kompleksinin dayanıqlıq sabitini βk=9.04·108, həmçinin kompleksəmələgəlmə reaksiyasının tarazlıq sabitini hesablamaq üçün Komar üsulundan istifadə edilmişdir (4.2·104). Molyar udma əmsalı (3.4±4.2).10təşkil edir. Kalibrləmə qrafiki volframın 1,0-10 µg/ml konsentrasiyasında xəttidir. Ekstragent kimi n-Butanol istifadə edilmişdir. N-butanol ilə tək ekstraksiya ilə volframın 97%-ı kompleks şəklində ayrılır. Volframın təyin edilməsinə bir sıra yad ionların təsiri örgənilməşdir. Volframın ekstraksiya-atom-absorbsiya və ekstraksiya-fotometrik təyini üsulları işlənib hazırlanmışdır. İşlənmiş üsulun düzgünlüyü tərkibi məlum olan  Dövlət standart nümunələrini analiz etməklə təstiq edilmişdir

doi.org/10.32737/0005-2531-2022-4-109-113

Açar sözlər : volfram, atom absorbsiya, ekstraksiya üsulu, kompleksəmələgəlmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026
MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİN.Ş.Soltanova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.M.Babanlı, R.Q.Hüseynova, Z.S.Səfərəliyeva, T.A.Əliyev, H.Ç.Əliyeva, D.B.Tağıyev
- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİA.M.Əliyev, G.A.Əli-zadə, M.Q.Əliyeva, A.A.Fətullayeva, A.R.Səfərov, Z.A.Şabanova, T.İ.Hüseynova, R.Y.AğayevaDavamı