Pirolizin yüngül qatranının kəmiyyət və keyfiyyət tərkibi Agilent Technologies 7820 A qaz xromatoqrafı ilə tədqiq olunmuş və tərkibində 34–38% benzol, 14–17% toluol olduğu müəyyənləşdirilmişdir. Katalitik və termik emal edilərək, pirolizin yüngül qətranında benzolun kütlə faizi 37.94%-dən 47.38%-ə qədər toluolun kütlə faizi 17.73%-dən 24.10%-ə yüksəldilmişdir. Rektifikasiya olunaraq benzol-toluol fraksiyası ayrılmış və qalıqda neft-polimer qətranının mövcudluğu tədqiq olunmuşdur. Ənənəvi üsullardan fərqli olaraq, katalizator prosesə hazır şəkildə verilməmiş, sistemin öz komponentləri- alkil benzol törəmələri əsasında birbaşa sintez olunmuş və proses zamanı sərf olunmuşdur. Adi atmosfer təzyiqində, yüksək olmayan temperaturda və qısa zaman kəsiyində, daha ucuz katalizatorla pirolizin yüngül qətranı emal edilmişdir. Belə ki, daha az kapital, daha az enerji sərfi, prosesin az metaltutumlu olması benzolun və toluolun maya dəyərini aşağı salır. Eyni zamanda toluol əsaslı Al kompleks katalizatoru sistemdə oliqomerləşmə və polimerləşmə proseslərinə təkan verərək qalıqda neft-polimer qətranının əmələ gəlməsinə səbəb olmuşdur. Bu üsulla həm qiymətli komponentlərin (benzol və toluol) kütlə faizi yüksəldilmiş və həm də qalıq neft-polimer qətranıyla zənginləşdirilmişdir
